Sizin Reklam Burada

İcra başçısı qazini intihara sövq edib? - Fotolar

İcra başçısı qazini intihara sövq edib?  - FotolarQəbələ rayonu Savalan kənd sakini vətən müharibəsi qazisi Çələbli Əmrah Arzu oğlu tərəfindən Avrasiya.net-in redaksiyasına şikayət məktubu daxil olub.

Məktubu olduğu kimi təqdim edirik:

Mən Vətən müharibəsində iştirak edib yaralanıb qazi olmuşam. Prezidentin sərəncamı ilə medallarla təltif edilmişəm. Buna görə fəxr edib qürur duysamda Qəbələ rayon icra hakimiyyəti başçısının qanunsuz göstərişinə görə intihara cəhd etmişəm. Ölüm həddinə çatıb özümü yandırdığım üçün hazırda Bakı şəhərində xəstəxanada müalicə olunuram.

Qeyd edim ki, mən 6 aylıq olanda valideyinlərim vəfat ediblər. Məni və bacımı əmim himayəsində saxlayıb böyütmüşdür.

Atam sağ olan zaman həyətimizdə çay daşı ilə ev inşa etdirməyə başlamış ancaq maddi imkansızlığa görə tikinti yarımçıq qalmışdır.

Uzun illər sonra bu il həmin çay daşından olan evi söküb yerində mişar daşından ev tikməyə başlamışdım ki, Savalan kənd icra nümayəndəsi gəlib tikintinin saxlanılmasının əmrini verib bunun icra başçısı Səbuhi Abdullayevin göstərişi olmasını bildirdi. Əsas kimi sənədlərin olmamasını bildirsələrdə mən onlara sənəd təqdim etdim. Buna əhəməiyyət verməyib tikintinin dayandırılmasını əmr etdilər əks halda məcbur söküləcəyi ilə məni hədələdilər.

Bir neçə gün evimizə gedib-gəldilər. Onların belə qanuna zidd əməllərindən intihar həddinə çatdım və yanacağı üzərimə töküb özümü yandırdım. Qohum-qonşular tökülüşüb məni söndürüblər. 2 gün Qəbələ rayon Xəstəxanasında müalicə olunsamda səhətim ağır olduğu üçün Bak şəhərinə xəstəxanaya gətirdim. Hazırda stasionar müalicələr alıram.
Qəbələ rayon İcra Hakmiyyəti başçısı Səbuhi Abdullayevin qanunsuz əmrinə görə mən intihara əl atmışam.

Mənim 31 yaşım var evim olmadığı üçün indiyə qədər ailə həyatı qura bilməmişəm. Ancaq mənə qarşı qanunsuzluq edən vəzifəli şəxslərin möhtəşəm vilalları var. Mən torpaqların azadlığı uğurnda müharibədə iştirak etmişəm qazi olmuşam. Ancaq bir mənzilin qanunu tikintisinə mane olan vəzifəli şəxslərin övladları heç hərbi xidmətdə belə olmayıblar.

Mən mətbuat vasitəsi ilə Ali Baş Komandan Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb xahiş edirəm tikintini yarımçıq saxlanılmasına məcbur edən vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz mənə yaxından köməklik göstərəsiniz.


Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər