Sizin Reklam Burada

14 il direktor işləyən qadın 995 min manat mənimsəyib

14 il direktor işləyən qadın 995 min manat mənimsəyib Gədəbəy rayonu, Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləmiş Şərifova Təranə Mikayıl qızının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, istintaqla Təranə Şərifovanın sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsində işlədiyi 2008-2022-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək faktiki olaraq işə çıxmayan müəllimlərə əməkhaqqı hesablatmaqla onlara məxsus kart hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmasına, habelə bəzi müəllimlərə artıq dərs saatları təhkim edərək onlara hesablanmış aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edib almasına, bununla da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 995 min manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

İbtidai istintaq dövründə vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədilə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsə məxsus əmlakların üzərinə həbs qoyulub.

Toplanmış sübutlar əsasında Təranə Şərifovaya Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, onun yaşı nəzərə alınmaqla barəsində əsas qətimkan tədbiri qismində polisin nəzarəti altına vermə, həmçinin məhkəmənin qərarı ilə əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər