Sizin Reklam Burada

Türk Dünyası Təhsil Sərgisi Bakıda!

Türk Dünyası Təhsil Sərgisi Bakıda!Hər kəsin maraqla gözlədiyi Türk Dünyası Təhsil sərgisi yenidən Bakıda. “Ceo Fair” şirkətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə türk dünyasının ən öndə gedən universitetlərinin nümayəndələri iştirak edəcəklər. Sərgi iştirakçıları məşhur türk universitetlərinin qəbul qaydaları, təqaüd imkanları və daha bir çox məlumatları əldə edə bilərlər.

Sərgidə etibarlı və uğurlu xaricdə təhsil şirkətləri də iştirak edəcəklər. İştirakçılar bu şirkətlərlə birbaşa əlaqə qura biləcək, həmçinin universitetlərin seminarlarında iştirak edərək sertifikat əldə etmək şansı qazanacaqlar.
“Marriott Hotel Boulevard”-da baş tutacaq tədbirdə iştirakçılar bir-birindən dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər. Belə ki, qeydiyyat zamanı təqdim olunan formu doldurub lototrona daxil etmək lazımdır. Qalib olan bilet, sərgi sonunda canlı yayımda elan olunacaq. 6 şanslı bilet, 2 ədəd notbuk, 2 ədəd planşet və 2 ədəd smartfon qazandıracaq.

Sərgidə iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək mütləqdir. Əgər sərgidə iştirak etmək istəyirsinizsə, aşağıdakı linkdən qeydiyyatdan keçin. Daha sonra sərgi zamanı “Qeydiyyat” masasına yaxınlaşaraq bilet əldə edə bilərsiniz.
https://forms.gle/wiCR4tnQ94sZHzEr8

Sərgi, 22 iyun, saat 12:00-da baş tutacaq.
Tərəfdaşlar: KOBSKA, “Ceomedia”, “Moon Group”, İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası “Make Agency”, “Adel media”.

Sponsorlar: İstanbul Kent Universiteti, Bakı Hərrac mərkəzi, Qiymətləndirilmə Xidməti Mərkəzi, “Home service”, ADA audit.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər