Bakıda kişi qayınını bıçaqladı
Dərc olunub:
10-06-2024, 10:03
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində kişi qaynını bıçaqlayıb.
Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, qəsəbə sakini, 1984-cü il təvəllüdlü İlkin Məmmədov münaqişə zəminində qayını Sərxan Namazova bıçaqla xəsarətlər yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, hadisəni törədən şəxs tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.