QHT təlimlərini davam etdirir

QHT təlimlərini davam etdirirAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə təlimlərinin təşkili” adlı layihə çərçivəsində təlimlər davam etdirilir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il üçün “elm, təhsil və mədəniyyət və azərbaycançılıq ideyasının təbliği məsələləri” istiqaməti üzrə elan etdiyi “Kiçik qrant müsabiqəsi”ndə qalib elan olunmuşdur. Layihə 3 ay müddətində olmaqla Bakı şəhərində icra olunması nəzərdə tutulur.

Layihənin əsas məqsədi “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına keçidlə əlaqədar olaraq ölkədə beynəlxalq standartlara yiyələnəcək kadr hazırlığına dəstək verməkdir. Bu məqsədlə təlimlərə aşağı gəlirli və öyrənmək imkanı məhdud olan şəxslərin, tələblərin, həssas qrupa aid kəsimlərdən olan gənclərin, o cümlədən şəhid ailələrinin üzvləri, vətən müharibəsi iştirakçılarının ailə üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələr, valideyn himayəsindən məhrum olmuş gənclər və digər həssas qruplar cəlb etməklə onlara beynəlxalq standartlara dair bilikləri aşılamaq və onların əmək bazarında rəqabətliliyinin artırılmasına töhvə verməkdir.

İlk təlim 01 avqust 2023-cü il tarixdə baş tutmuş və təlimin proqramına uyğun olaraq ardıcıl davam etdirilir. Təlim Zoom platforması üzərindən keçirilir, təlim zamanı iştirakçılara zəruri texniki dəstək təmin edilir. Təlimin proqramına uyğun olaraq iştirakçılara Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına dair ümumi icmal məlumat, Maliyyə hesabatlarının hazırlanması və təqdimatı haqqında Konseptual Əsasları, MHBS (IFRS) 13 №-li “Ədalətli Dəyərin Ölçülməsi” adlı Maliyyə Hesabatlarının Beynəlxalq Standartı, MUBS (İAS) 1 saylı Maliyyə hesabatlarının təqdim edilməsi və MUBS (İAS) 8 saylı “Uçot siyasətləri, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər” adlı standartlarının mahiyyəti iştirakçılara açıqlanmışdır.

Ümumilikdə təlimlərin 1 ay müddətində, həftədə 3 dəfə olmaqla onlayn formatda keçirilməsi nəzərdə tutulur. Təlimin yekununda hər bir təlim iştirakçısının bilik və bacarıqları qiymətləndiriləcək, onlara pulsuz təlim materialları təmin edilməklə yanaşı, təlimdə iştiraka dair sertifikatlarla təmin ediləcəkdirlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər