"Aztelekom"da FETÖ əməliyyatı: həbslər var
Dərc olunub:
9-08-2023, 16:56
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində FETÖ əməliyyatı keçirilib.
Avrasiya.net Gününsəsi.info-ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları nazirliyin tabeliyində fəaliyyət göstərən telekommunikasiya şirkəti olan "Aztelekom"da iki şəxsi həbs edib.
Onların FETÖ-çü olduğu ehtimal edilir.
Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.
"Aztelekom" mövzu ilə bağlı göndərilmiş sorğunu cavablandırmayıb.