Sabirabadda 16 yaşlı oğlan itkin düşüb
Dərc olunub:
9-08-2023, 09:23
Sabirabad rayonunda 16 yaşlı oğlan itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə avqustun 8-də rayonun Muğan Gəncəli kəndində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Rafət Məlikzadə Kür çayı qırağına heyvanları otarmaq üçün evdən çıxıb gedib, lakin geri qayıtmayıb. Çayın kənarında ona məxsus paltarlar aşkarlanıb.
Daha sonra R.Məlikzadənin atası hüquq-mühafizə orqanlarına məlumat verərək oğlunun itkin düşdüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.