Şirvanda qardaş qardaşı bıçaqlayıb
Dərc olunub:
8-08-2023, 08:49
Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Səfərov Səfər Fərhad oğlu qardaşı tərəfindən bıçaqlanıb.
Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.