Ali məktəblərə ixtisas seçimi bu tarixdə başlayır
Dərc olunub:
4-08-2023, 13:51
Ali təhsil müəssiələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin subbakalavrlar) ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.
Bu barədə Avrasiya.net-ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə 22-23 iyul 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri elan edilib.