Hərbçimiz yol qəzasında həlak olub
Dərc olunub:
2-08-2023, 12:15
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
Avrasiya.net "Unikal"a istinadən xəbər verir ki, hərəkətdə olan iki minik maşınının toqquşması nəticəsində sürücülərdən biri, Azərbaycan Ordusunun Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçusu (MAXE) 1984-cü il təvəllüdlü Tovuz rayon sakini Ceyhun Ağarzayev və sərnişin 1965-ci il təvəllüdlü Cəmilə Qədirova dünyasını dəyişib.
1961-ci il təvəllüdlü Faxrəddin Bədirov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
