Qubada ər arvadını ÖLDÜRDÜ
Dərc olunub:
25-07-2023, 08:39
İyulun 25-də saat 03 radələrində Quba rayonu Mahmudqışlaq kəndində evlərin birində 1999-cu il təvəllüdlü Güliyeva Rəvanə Vasif qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Avrasiya.net-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1997-ci təvəllüdlü Güliyev Elşad Akif oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Araşdırma aparılır.
Son xəbərlər
