Daha bir Qarabağ müharibəsi iştirakçısı intihara cəhd etdi
Dərc olunub:
24-07-2023, 08:36
Daha bir İkinci Qarabağ müharibəsi iştirakçısı intihara cəhd edib.
Məlumat sosial şəbəkələrdə paylaşılıb. Belə ki, İkinci Qarabağ müharibəsi işrirakçısı, hərbi xidmət əlili, Tovuzun Hacalı kənd sakini, qazi Babayev Amin Akif oğlu dərman içərək intihara cəhd edib.
Dizində dəmir protez var. Amma bir ildir ki, mübarizə aparmasına baxmayaraq əlillik dərəcəsi ala bilmir.
Vəziyyətinin hazırda stabil olduğu bildirilir
Son xəbərlər
