İntihar etdiyi deyilən polisin ailəsi prokurorluğa çağırıldı

İntihar etdiyi deyilən polisin ailəsi prokurorluğa çağırıldıİyul ayını 19-da Mingəçevir şəhər Prokurorluğunun binasından özünü ataraq intihar etdiyi bildirilən Turalə Aslanovanın valideynləri dünən adıçəkilən quruma dəvət olunublar.

Avrasiya.net xəbər verir ki, bu barədə Globalinfo.az-a mərhumun atası Natiq Aslanov danışıb.

O bildirib ki, hazırda istintaq işi aparılır:

“Dünən prokurorluğa getmişdik. Dedilər ki, iş araşdırılır və istintaq dəqiq gedir. Hələ ki, biz də gözləyirik”.

Qeyd edək ki, 32 yaşlı Turalə Aslanovanın Mingəçevir şəhər Prokurorluğunda intihar etdiyi iddia edilir. Ailəsi isə onun öldürüldüyündən şübhələnir.

Xatırladaq ki, Turalə Aslanovanın 413 min manat məbləğdə pulu mənimsədiyi deyilir. Lakin valideynləri deyir ki, bu vəsaitin mənimsənilməsində başqa adamların əli var, Turalə bu işdə qurbandır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər