Şəhid ailələrinin bacısı
Manya Səxavətqızı- kimdir bu xanım? Ən çox şəhid ailələrinin doğma insanı kimi tanıdım bu xanımı. O şəhid dərdli insanların "Şəhidlər bacısı" , "Qızım" , "Bacım" kimi adlarla müraciət etdiyini duydum. Bəs bu qədər doğmalıq hardan yaranıb?
Şəhidləşərək yazılan kitablar, şeirlər bu sualın cavabıdır. Şəhidlərimizə həsr olunan 8 (ümumilikdə isə 10) kitabın müəllifi olan Manya Səxavətqızının təqdim etdiyi sonuncu layihəsi "VƏTƏN FƏDAİLƏRİ" layihəsidir. Layihənin iki cildi "VƏTƏN FƏDAİLƏRİ: NAXÇIVAN ŞƏHİDLƏRİ " və "VƏTƏN FƏDAİLƏRİ: İMİŞLİ ŞƏHİDLƏRİ " kitablarının təqdimatı Müdafiə Nazirliyinin dəstəyi ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilib. Eyni zamanda "VƏTƏN FƏDAİLƏRİ" layihəsi çərçivəsində "ŞAHMARIN EŞQ ƏSƏRİ" və "QEYRƏT TƏCƏSSÜMÜ" adlı kitablar da ərsəyə gətirərək şəhid ömürlərini tarixə yazıb.
Müəllifin şeir və məqalələrinə kitablarla yanaşı bir çox qəzet, jurnal və saytlarda da tez-tez oxuyuruq.
Manya xanım Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bununla yanaşı "SİMURQ 2021", "DÜNYA QADIN", "QIZIL QƏLƏM","ALTIN PALMİYE-YILIN ŞAİRESİ" və. s mükafatlara layiq görülüb.





Son xəbərlər
