Amerikada yaşayan dünya çempionu Elgün Xanoğlanlı ilə görüş keçirilib

Amerikada yaşayan dünya çempionu Elgün Xanoğlanlı ilə görüş keçirilibSuraxanı Gənclər Evində "Ulu Öndər Heydər Əliyevin 100 illiyi" çərçivəsində, ölkəmizi xaricdə təmsil edən idmançılarımızla gənclərin görüşü baş tutub.

Görüşdə, Amerikanın azərbaycan əsilli çempionu, Amerika-Azərbaycan Gənclər və İdman assosiasiyasının sədri Elgün Xanoğlanlı, Budo döyüş növləri üzrə dünya çempionu peşəkar MMA döyüşçüsü Ruslan Tağıyev, Suraxanı Gənclər Evinin işçi kollektivi, fəal gənc, könüllüləri və idmançılar iştirak ediblər.

Görüş zamanı ölkəmizdə bədən tərbiyəsi və idman siyasətinin, habelə gənclərlə bağlı aparılan işlərin daim ön planda olmasından, bu sahədə Gənclər və İdman Nazirliyinin fəaliyyətindən danışılıb. Daha sonra idmançılarımız, dövlətimizin, ölkə başçımızın və idman nazirimizin idmançılarımıza olan diqqət qayğısından söz açıb, həyat hekayəsindən, idmana olan sevgisindən, qazandığı uğurlardan, yetişdirdiyi tələbələrdən bəhs edən qonaqlarımız eyni zamanda gənclərin suallarına cavab verib, onları idmanı sevməyə və zərərli vərdişlərdən uzaq olmağa çağırıb, görüş diskusiya şəklində davam edib. Sonda birgə xatirə şəkilləri çəkilib.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər