İranlı narkotacirə kuryerlik edən şəxs tutuldu - FOTO

İranlı narkotacirə kuryerlik edən şəxs tutuldu - FOTOGöyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “Həbib” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avrasiya.net-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Tərtər rayon sakini, əvvəllər də məhkum olunmuş Səbuhi Əlizadə saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana və 1000 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb. Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində həmin narkotik vasitəni və həbləri paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu “Həbib”adlı İran vətəndaşı ilə 1000 manat qarşılığında razılaşdığını bildirib. S.Əlizadə barəsində şöbənin İstintaq bölməsində cinayət işi başlanılıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən şəhər sakini Müşviq Mahmudov, eləcə də rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Coşqun Kərimov və Elbrus Abdullayev saxlanılıblar. M.Mahmudovun evinin həyətyanı sahəsindən çəkisi 3 kiloqramdan artıq çətənə bitkiləri, digər iki nəfərdən isə müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Keçirilən növbəti əməliyyat zamanı həmkəndlisinin evindən 1500 manat dəyərində samovarı oğurlayan rayonun Qaraman kənd sakini Fəxri Babayev də saxlanılıb. Onun oğurladığı məişət əşyası maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər