Bank Respublika"nın əməkdaşı iş yoldaşı tərəfindən GÜLLƏLƏNDİ - YENİLƏNİB
Dərc olunub:
19-07-2023, 16:39
Qaxda baş verən silahlı insidentin təfərrüatları bəlli olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, rayonun Almalı kənd sakini 1992-ci il təvəllüdlü Turan Kamil oğlu Məmmədovla onun qohumu Dəymədağlı kənd sakini Cavidan Məmmədovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Cavidan Turanı ov tüfəngi ilə ayağından güllələyib. Yaralı dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.
Mübahisənin qısqanclıq zəmnində baş verdiyi ehtimal olunur.
Qeyd edək ki, Turan Məmmədovla Cavidan Məmmədov yaxın qohumdurlar və hər ikisi "Bank Respublika"nın Qax filialında çalışırlar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
