Agentlikdə KOBİA yanında İctimai Şura üzvləri ilə görüş keçirilib

Agentlikdə KOBİA yanında İctimai Şura üzvləri ilə görüş keçirilibAzərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində KOBİA yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva qonaqları salamlayaraq görüşün əhəmiyyəti haqqında məlumat verib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətlərindən birinin də dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərini inkişaf etdirmək və təşviq etməkdən ibarət olduğunu vurğulayıb.

O bildirib ki, Agentlik bu istiqamətdə maraqlı tərəflərin iştirakı ilə geniş formatda müzakirələr aparmaq, qarşıda duran hədəfləri müəyyənləşdirmək, çətinlikləri aradan qaldırmaq, təşəbbüsləri əlaqələndirmək məqsədilə müxtəlif platformalarda mütəmadi görüşlər keçirmək niyyətindədir.

Daha sonra KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov çıxış edərək ictimai iştirakçılıq və assosiasiyaların fəaliyyəti ilə bağlı təkliflərini səsləndirib.

Görüşdə iştirak edən sahibkarlar tərəfindən gələcək əməkdaşlıq məsələləri, özəl sektorun qeyri-hökumət təşkilatları ilə birgə fəaliyyətinin əhəmiyyəti, KOBİA və digər dövlət strukturlarının da iştirakı ilə bu formatda görüşlərin təşkilinin vacibliyi vurğulanıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər