Quduz olduğu iddia olunan Tunarın anası danışdı: “Uşaqlıqdan yeməyi elə yeyir” - VİDEO

Quduz olduğu iddia olunan Tunarın anası danışdı: “Uşaqlıqdan yeməyi elə yeyir” - VİDEOSosial şəbəkələrdə paylaşılan səkkiz yaşlı Tunarın it dişləyəndən sonra quduzlaşası iddası ilə bağlı anası açıqlama verib.

Xezerxeber.az-ın xəbərinə görə, Tunarın anası İlhamə Mirqafarovanın sözlərinə görə, oğlunun vəziyyəti stabildir və o quduz deyil.

Ana bildirib ki, Tunar atasız uşaqdır və tək anasının himayəsində böyüyüb.

Onlar ilk əvvəl Xızı rayonunda yaşayıblar və İ.Mirqafarova çobanlıqla məşğul olub. Ana qeyd edib ki, uşaq itlərin, quzuların arasında böyüyüb və daha sonradan stansiya Sumqayıtda məskunlaşıblar:

“Hadisə isə iyulun 8-də başa verib. Belə ki, 8 yaşlı Tunar həyətdəki itə xəsarət yetirəndən sonra it ona hücum edib. Həmin əlamətlər quduzluqla əlaqəli deyil. Tunar uşaqlıqdan qabdan yeməyi o cür yeyir”.

Xatırladaq ki, Tunar hazırda Sumqayıt şəhər Uşaq xəstəxanasının infeksiya şöbəsində müalicəsini davam etdirir. Xəstəxananın şöbə müdiri Sehri Babayev bildirib ki, 8 yaşlı Tunar Mirqafarov iyulun 8-də səhər saat 11:05-də daxil olub:

“Başının təpə nahiyəsindən böyük ölçülü it dişləməsi zədəsi olub. Cərrahi işləmələr it dişləməsi təyinatına uyğun olaraq aparılıb. Hazırda uşağın vəziyyəti yaxşıdır və quduzluq əlaməti qeydə alınmayıb”.

Həkim qeyd edib ki, anası övladını uşaqlıqdan heyvanlarla bir yerdə saxladığı üçün oğlan yeməyi o şəkildə yeyirmiş.

Daha ətraflı süjetdə:

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər