Göygöldə bir nəfər göldə batıb
Dərc olunub:
17-07-2023, 17:34
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Göygöl rayonu, Ağdağ qəsəbəsində 1 nəfərin (kişi) göldə batması barədə məlumat daxil olub.
Bu barədə Avrasiya.net-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Son xəbərlər
