Balakəndə 27 yaşlı qadın itkin düşüb
Dərc olunub:
13-07-2023, 13:50
Balakən rayonunda 27 yaşlı qadın itkin düşüb.
Avrasiya.net-in məlumatına görə, 1996-cı il təvəllüdlü Balakən şəhər sakini Leyla İsayeva iyulun 8-i yaşadığı evdən naməlum istiqamətdə çıxaraq bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi barədə rayon polis şöbəsinə məlumat verilib.
İsayevanın tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində tədbirlər görülür. Onun psixoloji problemlərinin olduğu deyilir.
Son xəbərlər
