QHT növbəti layihəyə start verib

QHT növbəti layihəyə start verib“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi cari ilin iyul ayının birindən etibarən “Ətraf mühitin qorunması istiqamətində bələdiyyələrin fəaliyyətinin artırılması” layihəsinə start verir””- bu barədə birliyin sədri Vüqar Cəfərov məlumat verib.

Təşkilat sədrinin sözlərinə görə, bu gün respublikamızda ətraf mühitin qorunması istiqamətində dövlət səviyyəsində bir sıra ciddi layihələr icra edilməkdədir. “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun hazırlanımasını, çoxsaylı meşə zolaqlarının salınmasını, pilot ərazilərdə məişət zibillərinin çeşidlənməsini, təkrar emal müəssisələrinin, iaşə zonalarında müxtəlif təmizləyici qurğuların yerləşdirilməsini misal olaraq qeyd etmək olar. Ətraf mühitin qorunması istiqamətdə işlərin aparılması dövlətlə yanaşı hər bir vətəndaşın, həm də vətəndaşın səs verdiyi orqanın-bələdiyyələrində vətəndaşlıq borcu olmalıdır.

Layihə rəhbərinin sözlərinə görə, bu baxımdan ətraf mühitin qorunması istiqamətində əhalinin maarifləndirilməsinə ehtiyac vardır. Bu işdə əhali ilə daha yaxından işləyən bələdiyyə orqanlarının da üzərinə müəyyən məsuliyyət yükü düşür. Eyni zamanda “Ətraf mühitin mühafizəsi haqqında” Qanununda ətraf mühitin mühafizəsi sahəsində yerli özünüidarəetmə orqanlarına müəyyən səlahiyyətlər verilmişdir.

Üç ay ərzində davam edəcək layihə çərçivəsində bələdiyyə orqanlarının ətraf mühitin qorunması istiqamətində səmərəli fəaliyyəti üçün Şəki, Oğuz, Qax və Zaqatala rayon bələdiyyələri ilə görüşlər keçiriləcək. Görüşlərdə müvafiq icra hakimiyyəti orqanlarının təmsilçiləriylə yanaşı həm də müvafuq mərkəzi icra orqanlarının regional qurumlarının təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Bələdiyyələrin iştirakıyla keçiriləcək görüşlərdə ətraf mühitin qorunması istiqamətində yerli özünüidarəetmə orqanlarının fəaliyyətlərini səmərəli qurması və bu istiqamətdə vətəndaş-bələdiyyə əməkdaşlığının artırılması üçün geniş fikir mübadiləsi aparılacaqdır. Eyni zamanda layihə çərçivəsində ətraf mühitin qorunmasına dair maarifləndirici videoçarx hazırlayacağıq ki, bu da ətraf mühitin qorunması istiqamətində əhalinin maarifləndirilməsinə xidmət edəcəkdir.

Hazırlanacaq videoçarx və görüşlərin videomaterialı sosial-mediada və YouTUBE kanalında yerləşdirməklə əhalini maarifləndirmiş olacağıq ki, bu da öz növbəsində ətraf mühitin qorunmasına müsbət töhvəsini vermiş olacaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər