"Azərbaycanda dövlət-xalq birliyi və milli həmrəylik mühiti hökm sürür"

"Azərbaycanda dövlət-xalq birliyi və milli həmrəylik mühiti hökm sürür"Bildiyimiz kimi bugünlərdə Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılıb. Belə ki, DTX-nin təhqiqat və müşahidələri nəticəsində, 1990-cı il təvəllüdlü Favzan Musa Xan adlı Əfqanıstan İslam Respublikasının vətəndaşının digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

Favzan Musa Xan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Terror aktını planlaşdıran digər şəxslərin də tezliklə müəyyən olunaraq istintaqa cəlb olunacağına şübhə etmirik. Bu mənada, DTX-nin ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində çevikliyi və peşəkarlığı həqiqətən də təqdirəlayiqdir.

Əfqanıstanlı gənci Azərbaycana qarşı terror aktının törədilməsi kimi xain plana cəlb edən qüvvələrin ölkəmizdə ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq və s. planları bütün hallarda uğursuzluğa məhkumdur. Çünki Azərbaycanda dövlət-xalq birliyi və milli həmrəylik mühiti hökm sürür.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər