Cavanşir Məmmədovla Lalə Azərtaş arasında QALMAQAL: "Rüşvət alıb..."

Cavanşir Məmmədovla Lalə Azərtaş arasında QALMAQAL: "Rüşvət alıb..."Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb.

Buna səbəb müğənninin aparıcının ünvanına ittihamlar səsləndirməsi olub. Belə ki, C. Məmmədov keçmiş kürəkəni Kemal Mustafa İbilinin kiminsə tapşırığı ilə “Təsir dairəsi” verilişinə çıxdığını iddia edib.

İfaçının “Mən bilirəm sizə kim deyib onu efirə çıxardın” sözləri aparıcını əsəbiləşdirib. C. Məmmədov bildirib ki, L. Azərtaş K. Mustafanı efirə çıxartmaq üçün rüşvət alıb:

“Buraya aylarla gələn var, amma efirə çıxa bilmir. Kamal 15 dəqiqənin içində efirə çıxıb? Qapıdan girəndə nə qədər adam üstümə qaçır ki, Lalə xanıma deyin məni efirə çıxartsın. Yazıqlar gəlib otururlar”.

Aparıcı isə ona “Mədəniyyətimi qoruyuramsa, bu çərçivədə danışacağıq. Elə edəcəksiniz ki, otaqda dediklərinizin səs yazısını yayacağam. Qızınız və siz verilişdən sonra otağa gəlib dediniz ki, mövzu bağlansın. Allah bilir ki, heç kimin sözü ilə insanlara qapı açmıram. Heç kimin zəngi ilə də mövzu bağlamıram. Bizim verilişə kim gəlib çıxa bilməyib? Adam iki ay içində məktub yazıb. Kim olduğunu bilmirdim. Bilsəydim də çağırardım” cavabını verib.

Qeyd edək ki, C. Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kamal Mustafa tərəfindən aldadıldığını bildirib. Əməkdar artist iddia edib ki, Kamal Mustafa ondan 13 000 manat və 126 500 dollar alıb və geri qaytarmayıb. K. Mustafa barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə K. Mustafaya Cinayət Məcəlləsinin 147-ci maddəsi (Böhtan) üzrə bəraət verib. O, Məcəllənin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər