Ehtiyatda olan polis polkovniki faciəvi şəkildə öldü

Ehtiyatda olan polis polkovniki faciəvi şəkildə öldüEhtiyatda olan polis polkovniki Fazil Aslanov vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, o, ötən gün elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Hadisə Gədəbəyin Şınıx kəndində, Fazil Aslanova məxsus evdə baş verib.

Məlumata görə, 58 yaşlı Aslanovu evdə iş görən zaman elektrik cərəyanı vurub. Mərhum bu gün Saray qəsəbəsində torpağa tapşırılacaq.

Qeyd edək ki, Fazil Aslanovun son iş yeri Sumqayıt şəhər Polis İdarəsi olub. O, pensiyaya çıxmazdan öncə İdarə rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi vəzifəsində çalışıb. F.Aslanov bu vəzifəyə 2020-ci ilin avqustunda təyin edilmişdi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər