İntensiv yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Dərc olunub:
4-07-2023, 17:44
İyulun 4-ü günün ikinci yarısından 5-i gündüzədək bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir.
Avrasiya.net xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.
Qeyd olunub ki, bəzi yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.
Son xəbərlər
