Azərbaycanda vəzifəli şəxslər məhkəmə zalında həbs edildi

Azərbaycanda vəzifəli şəxslər məhkəmə zalında həbs edildiLənkəran Ağır Cinayətlər Məhkəməsində rüşvət alma və digər maddələrdə ittiham olunan Zamin Həsənov və Məmməd Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Avrasiya.net Pravda.az-a istinadən xəbər verir ki, hakim Oruc Cəlilovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Şirvan Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib.

Belə ki, Zamin Həsənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və Zamin Həsənov dərhal məhkəmə zalında həbs olunub.

Bundan başqa, Məmməd Əliyevin barəsindəki şərti cəza tətbiqinə dair müddəalar xaric edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunub. Məhkum barəsində həbs qətimkan tədbiri seçilib və dərhal məhkəmə zalında həbs edilib.

Zamin Həsənov Lənkəran Şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin rəisi vəzifəsində işləyib. Məmməd Əliyev isə Lənkəran Rayon İcra Hakimiyyəti başçısının Vilvan kənd inzibati dairəsi üzrə icra nümayəndəsi olub.

Sabiq rəisin barəsində Cinayət Məcəlləsinin 294.3, 308.1, 311.2, 313, 320.1 və 320.2-ci maddələri ilə, Məmməd Əliyevin barəsində isə 32.5, 311.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər