Lənkəranda 24 yaşlı oğlan dənizdə batdı

Lənkəranda 24 yaşlı oğlan dənizdə batdıFövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Lənkəran şəhərində dənizdə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə FHN-dən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Cənub" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Lənkəranda 24 yaşlı oğlan dənizdə batıb.

Hadisə rayonunun Sütəmurdov kəndi ərazisində, dəniz sahilində qeydə alınıb.

Belə ki, FHN-ə daxil olan məlumat əsasında Cənub Regional Mərkəzinin Sularda Xilasetmə dəstəsi əraziyə cəlb olunub. Yerli sakinlərin də iştirakı ilə batan gəncin xilasetmə axtarışı aparılıb.

Nəticədə rayonun Cil kənd sakini 1999-cu il təvəllüdlü Fərid Qulam oğlu Yaqubzadə huşsuz vəziyyətdə sudan çıxarılıb və Təcili Tibbi Yardım briqadasına təhvil verilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər