“Zəfər günü - Müqəddəs və tarixi həqiqətin bərpası” - QHT yeni layihəyə start verib
"Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Zəfər günü- Müqəddəs və tarixi həqiqətin bərpası” layihəsinə start verib.
Layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında Vətən müharibəsində əldə edilən qələbə ilə yanaşı hakimiyyət-ordu-xalq birliyi və vəhdətini, əsgərlərimizin cəsurluğunu təbliğ etməkdir.
QHT sədri Könül Quliyeva mediaya açıqlamasında deyib ki, bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir: "Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin, adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən amillərin ən mühümdür. Cəmiyyətdə vətənpərvərlik ruhunun inkişafı, xüsusən yeniyetmələr, gənclər arasında milli vətənpərvərlik hisslərinin aşılanması və təbliğ edilməsinə həmişə aktual olmalıdır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanması vacibdir. Gənc nəsil vətənpərvər olmalı, millətini, torpağını, dövlətini, dövlətçiliyini qoruyub saxlamağı bacarmalıdır. Onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirilməlidir".
4 aylıq layihə çərçivəsində layihə mövzusu ilə bağlı 5 yazı hazırlanacaq və hər biri 5 yerli internet resursunda ictimailəşdiriləcək, 1 sosial çarx hazırlanacaq.
Son xəbərlər
