Xaçmazda 28 yaşlı kişi intihar edib
Dərc olunub:
24-06-2023, 18:08
Xaçmaz rayonunda 28 yaşlı kişi intihar edib.
"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Mirzəmməd kənd sakini 1995-ci il təvəllüdlü Xankişiyev Dövlət Bəylər oğlu özünü asıb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
İntiharın səbəbi hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
