Söyüdlü olayında FETÖ-nün əli var - ŞOK AÇIQLAMA

Söyüdlü olayında FETÖ-nün əli var - ŞOK AÇIQLAMA“Qızıl mədəni də Amerikanındır, FETÖ də Amerikada oturub”.

Avrasiya.net
xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Aqil Abbas Gədəbəydə baş vermiş hadisələrdən danışarkən deyib.

“Söyüdlüdə camaatı küçəyə çıxaran da eyni əldir, polisə qaz sıxdıran da eyni əldir. “FETÖ-çülər meydan sulayır. Media adamıyam, mən media adına danışıram. Media FETÖ-çülərin əlindən qan ağlayır. İki Rusiya vətəndaşını ora göndərən əli tapmaq lazımdır. İcra başçısı, bələdiyyə sədri niyə hiss etmirdilər ki, belə bir hadisə hazırlayırlar. Onlar oraya nə üçün qoyulub? Necə olur ki, iki nəfər Rusiyadan gəlib burada camaatı doldura bilir, onlar orada gedib camaatla danışa bilmirlər? Onların işləri də düzgün qurulmalıdır”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər