İki dəfə həbs edilən gömrükçülər yenidən AZADLIQDA

İki dəfə həbs edilən gömrükçülər yenidən AZADLIQDABakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin sabiq əməkdaşları Ceyhun Şabanov və Sadiq İsgəndərov azadlığa buraxılıblar.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, gömrükçülər cəzalarının çəkilməmiş hissəsindən şərti olaraq azad ediliblər.

Yerli məhkəmənin qərarında deyilir ki, məhkumlar dərhal həbsdən buraxılmalıdırlar.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022-ci il tarixli hökmü ilə Sadiq İsgəndərov və Ceyhun Şabanov məhkəmə zalından azadlığa buraxılmışdılar. Sonradan dövlət ittihamçısı hökmdən protest vermişdi.

Bundan sonra Bakı Apellyasiya Məhkəməsində C.Şabanov və S.İsgəndərov barəsində iki il müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarılmış, onlar yenidən məhkəmə zalında həbs olunmuşdular.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər