İran-Azərbaycan sərhədində insident - ATƏŞ AÇILDI

İran-Azərbaycan sərhədində insident - ATƏŞ AÇILDIİyunun 21-də saat 22:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucularına qarşı “Dövlət sərhədi haqqında” Azərbaycan qanununun tələblərinə uyğun olaraq xəbərdarlıq məqsədilə silah tətbiq edilib. Sərhəd pozucuları üzərindəki bağlamaları atıb, relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.

Ərazidə aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 12 kq 760 qram narkotik vasitə (10 kq 705 qram marixuana, 2 kq 55 qram tiryək) aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər