Boşanan 17 yaşlı qız görün nəyə görə intihar edib - ŞOK TƏFƏRRÜAT

Boşanan 17 yaşlı qız görün nəyə görə intihar edib -İyunun 20-nə keçən gecə Sabirabad şəhərində 17 yaşlı qızın həşəratlara qarşı istifadə edilən dərman preparatını qəbul edərək intihar etməsinin bəzi detalları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu ilin aprel ayında 17 yaşı tamam olmuş Z.Q. bir müddət əvvəl rəsmi nikah olmadan ailə həyatı qurubmuş. Lakin ailədaxili problemlər səbəbindən o, həyat yoldaşından ayrılıb.

İlkin məluamata görə, dünən qızın yaşadığı evə onun keçmiş həyat yoldaşı Y.M., oğlanın anası, xalası və xalası oğlu gəliblər. Bu zaman tərəflər arasında yenidən münaqişə yaranıb. İddiaya əsasən, Y.M. anası və digər qohumları ilə birgə 17 yaşlı qızı döyüb.

Z.Q isə əsəbi halda həşərat dərmanını götürərək başına çəkib. O, ağır vəziyyətdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, bir neçə saat sonra vəfat edib.

Hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. Artıq hadisənin baş verdiyi vaxt Z.Q-nin yaşadığı evdə olan şəxslərin ifadələri də alınıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər