“Şabran” İstirahət Kompleksində Yoqa tədbiri keçirilib

“Şabran” İstirahət Kompleksində Yoqa tədbiri keçirilib
Hindistanın Bakıdakı Səfirliyi 18 iyun 2023-cü il tarixində “Shabran Wellbeing Resort” hotelində yoqa tədbiri keçirib. “The Art of Living” təşkilatından cənab Kənan Məmmədovun rəhbərlik etdiyi yoqa sessiyası yoqanın insan bədəni və əqli üçün əhəmiyyətini vurğulayıb.

Hindistanın Azərbaycandakı Səfirliyi sağlamlığı və mədəni mübadiləni təşviq etmək məqsədilə “Shabran Wellbeing Resort” ilə birgə bu tədbiri təşkil edib. Hindistanın Azərbaycandakı Səfiri cənab Sridharan Madhusudhanan, “Shabran Wellbeing Resort” hotelinin Direktoru xanım Aysel Məmmədova, “Shabran Wellbeing Resort” hotelinin Əməliyyatlar üzrə meneceri cənab Asif Məmmədzadə və Milli Məclisin Deputatı, Azərbaycan-Hindistan Parlament Əlaqələri üzrə İşçi Qrupunun rəhbəri cənab Naqif Həmzəyev tədbirə qatılıblar.

İştirakçılar, həmçinin tədbir zamanı Hindistanın zəngin mədəni irsini təmsil edən hind yeməklərindən dadmaq imkanı əldə ediblər.

2023-cü il Beynəlxalq Yoqa Günü (IDY2023) çərçivəsində keçirilən tədbirlərin bir hissəsi olan bu yoqa seansı yoqanın insan bədəni və əqli üçün faydalarını vurğulayıb. Uğurlu keçmiş bu tədbirdən sonra Hindistanın Bakıdakı Səfirliyi “Shabran Wellbeing Resort” ilə birlikdə sağlamlığı, birliyi və mədəni mübadiləni daha da təşviq etmək üçün analoji tədbirlərin təşkilini davam etdirməyi planlaşdırır.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər