“Skautlar Şimala doğru” Liderlik Məktəbi yekunlaşıb

“Skautlar Şimala doğru” Liderlik Məktəbi yekunlaşıbAzərbaycan Skautlar Assosiasiyasının Milli Təlim Proqramı çərçivəsində 15-17 iyun 2023-cü il tarixlərində Qəbələ rayonunun Nic qəsəbəsində “Skautlar şimala doğru - Gənc skaut liderlərinin aşkar olunması və potensiallarının artırılması” adlı təməl liderlik məktəbi həyata keçirilib.

Düşərgənin ilk günündə iştirakçılar düşərgə ərazisinə çatdıqdan sonra qeydiyyatdan keçmiş və müəyyən olunmuş proqramla tanış olublar. Daha sonra ümumi tanışlıq görüşü baş tutmuş və düşərgə müddətində layihənin məqsədi və yaxın günlər üçün fəaliyyətlər haqqında müzakirələr aparılıb.Daha sonra isə düşərgə öz fəaliyyətini günün proqramına uyğun davam etdirilmişdir. İştirakçılar tonqal növləri, çadırqurma, düyünlər və s. bu kimi skaut bilik və bacarıqlarına yiyələnmək üçün təlimlərdə də iştirak ediblər. İştirakçılar düşərgə ərazisi və qaydaları ilə tanış olduqdan sonra ilk təlimin mövzusuna uyğun olaraq kiçik qruplara – patrullara bölünüblər. Düşərgə günün sonuna düşərgə tonqalı ilə yekun vurulub.

Təlim düşərgəsinin 2-ci günü də maraqlı və səmərəli təlimlərlə yadda qalıb. Günə səhər düzülüşü – bayraqların qaldırılması və dövlət himninin səsləndirilməsi ilə start verilib. Düzülüşdən sonra iştirakçılar gün ərzində 4 təlimdə iştirak ediblər.

Təlimlər: “Skauting: qeyri-formal təhsil kimi”, “Metodika və pedaqoqika” və “Liderlik nədir? Necə olmalıdır?” mövzularını əhatə etmişdir. Onlar üçün günün ikinci yarısı Kürün sol qolu olan “Türyançay”a yürüş təşkil olunmuşdur. Günün sonuna axşam vida tonqalı ilə yekun vurulub.

Təməl Liderlik məktəbi düşərgəsinin növbəti gününə də iştirakçılar çox fəal şəkildə başlayıblar. Belə ki, iştirakçılar səhəri idmanla başlayaraq yeni təlim gününə gümrah hislə qatılıblar. Onlar liderlik kursundan sonra atmalı olduqları addımlar ilə tanış olub. Bayraqların endirilməsi ilə düşərgənin rəsmi bağlanış mərasimi həyata keçirilib.

Qəbələ rayonunda təşkil edilən liderlik kursunun məqsədi yeniyetmə və gəncləri vətənpərvər ruhda tərbiyə etmək, onların ictimai fəallığını artırmaq, Respublika səviyyəsində hərəkatın inkişafına nail olmaq və bununla da ölkəmizdə uğurlar davam etdirilən gənclər siyasətinə tövhə vermək üçün Skaut Liderləri yetişdirməkdir.

Həmçinin qeyd edək ki, layihənin növbəti mərhələsində müxtəlif regionlardan olan liderlik məktəbi iştirakçıları 3 ay ərzində öz bölgələrində skaut dəstələri formalaşdıracaqlar.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə NAYORA tərəfindən həyata keçirilən “ŞƏBƏKƏ” proqramı çərçivəsində dəstəklənir. Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin inkişafına dəstək vermək və gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaqdır.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər