5 nəfərin ölümünə səbəb olan şəxsə hökm oxundu

5 nəfərin ölümünə səbəb olan şəxsə hökm oxunduAeroport yolunda 5 nəfərin ölümü ilə nəticələnən qəzaya görə ittiham olunan yük maşını sürücüsü Mahmud Əzizovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Mahmud Əzizova 6 il həbs cəzası verilib.

Xatırladaq ki, hadisə 2021-ci ildə baş verib. 19 yaşlı Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusuna çırpılıb.

Qəza nəticəsində yol kənarında dayanan 4 nəfər, eləcə də avtobusdakı sərnişinlərdən biri ölüb. Bundan əlavə 17 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəyə görə, yük maşınının sürücüsü həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

M.Əzizov həmin vaxt Bakı Mühəndislik Universitetinin ikinci kurs tələbəsi olub

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər