İrandan gətirilən ərik qurusu yararsız çıxdı

İrandan gətirilən ərik qurusu yararsız çıxdıİrandan Azərbaycana gətirilən ərik qurusu istehlak üçün yararsız çıxıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Nəzarət tədbirləri çərçivəsində Agentliyin əməkdaşları tərəfindən “Sodaz” Məhdud Məsuliyyətli Cəmiyyətinin İran İslam Respublikasından ölkəmizə idxal etdiyi 1060 kq ərik qurusu məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aparılan sınaq nəticəsinə əsasən, ərik qurusunda kükürd dioksidinin miqdarının normadan artıq olduğu və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, aşkarlanan istehlak üçün yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Həmçinin aşkarlanan ərik qurusunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və İranın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər