Kanalda batan gəncin meyiti tapılıb
Dərc olunub:
10-06-2023, 14:48
Yuxarı Şirvan su kanalında batan gəncin meyiti tapılıb.
Report-un məlumatına görə, Ağdaş rayonunun Orta Ləki kənd sakini Samir Mirzə oğlu Kərimlinin meyiti rayonun Bulaqotağı kənd ərazisindən, yəni suda batdığı yerdən təqribən 300-400 metr məsafədə aşkarlanıb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
Qeyd edək ki, 2006-cı il təvəllüdlü S.Kərimli ötən gün Yuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmışdı.
Son xəbərlər
