“AzerGold” və CASPISNET arasında görüş keçirilib - FOTO

“AzerGold” və CASPISNET arasında görüş keçirilib - FOTO“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Xəzər Hövzəsinin Dayanıqlı İnkişafı üzrə Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsinin (CASPISNET – Caspian Integrated Scientific Network) nümayəndələri arasında görüş keçirilib.

5-8 iyun tarixlərində CASPISNET-in ADA Universitetində təşkil olunan illik toplantısı çərçivəsində beynəlxalq şəbəkənin üzvləri – CASPISNET-in həmsədri, Cenevrə Universitetinin professoru Aleksandr Babak Hecazi, ADA Universiteti, Tuluza Universiteti, Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzi və Nazarbayev Universitetinin Mədənçilik və Yer Elmləri Məktəbinin müəllim və professorları ilə keçirilən görüşdə “AzerGold” QSC-nin dağ-mədən, geologiya, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit, eləcə də strateji planlaşdırma, ictimaiyyətlə əlaqələr və marketinq sahələri üzrə mütəxəssisləri iştirak ediblər.

Görüşdə CASPISNET-in əsas fəaliyyət məqsədləri barədə ətraflı məlumat verilib, elmi-tədqiqat şəbəkəsinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün ən yaxşı təcrübələri, davamlı inkişaf strategiyalarını mübadilə etmək məqsədilə yaradılmış elmi platforma olduğu diqqətə çatdırılıb. Beynəlxalq şəbəkə tərəfindən elm-sənaye tərəfdaşlığı modeli əsasında ətraf mühit, iqlim dəyişiklikləri, ekologiya, antropogen təhlükələr və digər risklərin qiymətləndirilməsi üçün “CASPISNET-2030” Gündəliyini hazırlayaraq, regional körpünün yaradılması hədəf olaraq müəyyənləşdirilib.

Tanışlıq və potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədilə keçirilən görüşdə tərəflər dağ-mədən sahəsində fəaliyyətin təşkilində müasir texnologiya, innovativ həllərin tətbiqi, alternativ enerji mənbələrindən istifadə, davamlı inkişaf sahəsində qiymətləndirmə, hesabatlılıq və digər məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin beynəlxalq şəbəkə üzvlərinə “AzerGold” QSC tərəfindən sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi ilə bağlı təcrübəsi, bu sahədə görülən işlərdən geniş bəhs olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər