Binəqədidə 100 ailənin problemləri - Baxan yoxdur

Binəqədidə 100 ailənin problemləri -Azərbaycan Prezidentinin imzaladığı .“Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər həyata keçirilir, rayonlarda, qəsəbələrdə abadlıq və quruculuq işləri aparılır.

Amma bu proses heç də hər yerdə istənilən səviyyədə aparılmır. Əksər hallarda qəsəbələrin mərkəzlərində aparılır ki, görülən işlər diqqət mərkəzində olsun.

Məmur biganəlik ilə üzləşən, haqlı narazılıq edənlər isə daha çoxdur.

Bakı şəhəri, Binəqədi qəsəbəsində gözdən uzaq, könüldən iraq 1-ci mədən, 42, Hərbi şəhərcik adlanan ünvanda beşmərtəbəli bir bina və onun sakinləri var ki, heç kimin yadına düşmür. Bəlkə də Binəqədidəki məmurlar bir binanın olduğundan belə bixəbərdilər.

Xəbərləri yoxdursa, bu onların məsuliyyətsizliyidir, yox vardırsa və problemləri görüb həll etmirlərsə, ikiqat məsuliyyət daşıyırlar.

Binanın həyəti səhralığı xatırlayır, sakinlərin istirahəti, əyləşmələri üçün oturacaq belə yoxdur. Beşmərtəbəli, köhnə tikili binada 60 ailə yaşayır. Binanın mərkəzi istilik sistemi olmadığından sakinlər qışda soyuqdan üşüyürlər. Yayda istidən nəfəs almaq mümkün olmur, həyətdə bir kölgəli yer yoxdur ki, düşüb dincəlsinlər, təmiz hava alsınlar. Yağışlı günlərdə isə binanın həyətində gölməçələr yaranır.

Binaya uzanan yol da onlar üçün bir problemdir ki, illərdir həll edilmir. Uzunluğu 250 metr olan yol baxımsız qalıb, nə piyadalar, nə də avtomobillər istifadə edə bilir. İstifadə mümkün deyil. Sakinlər piyada mənzillərinə gəlmək üçün beş dəqiqəlik yolu iyirmi dəqiqəyə qət edirlər. Nahamar, kələ,-kötür yolda addımlamaq sözün həqiqi mənasında əziyyətdir. Bu əziyyəti təkcə o binanın sakinləri deyil, yol üstündə yerləşən onlarla həyət evlərinin sakinləri də çəkirlər.

Redaksiyamıza verilən məlumata görə, qonşular öz vəsaitiləti hesabına yola çınqıl töküblər, amma bu problemin həlli demək deyil, yol asfaltlanmalıdlr. Binanın həyəti abadlaşdırılmalı, sakinlərin, uşaqların istirahəti üçün şərait yaradılmalıdır.

Müraciət edilməyən qurum qalmayıb. Nə Binəqədi rayon İcra Hakimiyyəti, nə də Binəqədi qəsəbəsi Bələdiyyəsinin sakinləri bu zülm və əziyyətdən qurtarmaq maraqlarında deyil. Baxmayaraq ki, vətəndaşların sosial problemini həll etmək onların borcu və vəzifəsidir. Yüzlərlə ailəni problemlər içində boğmaq, onları dövlətdən, hökumətdən incik salmaq olmaz.

P. S. Problemlər həll olunmazsa, məmur laqeydliyi və məsuliyyətsizliyi ilə bağlı cənab Prezident və ölkənin birinci xanımına müraciət olunacağı söylənilir.






Avrasiya.net

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər