Sizin Reklam Burada

Deputatlar Rza Rzayev üçün müraciət hazırlayır

Deputatlar Rza Rzayev üçün müraciət hazırlayırHər kəsin əlindən bir xəta çıxa bilər və mən Rzanın etdiyinə haqq qazandırmıram. Amma bu xəta kiçikdir axı, həm də burada yüngülləşdirici amillər var. O, ziyalıdır, aktyordur, rejissordur, yüksək təhsilə malik kadrdır. Öz evini sataraq Qarabağ haqda film çəkmiş bir vətənpərvərdir. Bunları biz necə nəzərə almaya bilərik?

Avrasiya.net xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas onun ssenari müəllifi olduğu “Dolu” filmində yaratdığı Drakon obrazı ilə tanınan Rza Rzayevin həbsi haqda danışarkən deyib.

A.Abbas bildirib ki, Ali Məhkəməyə gələn həftənin əvvəli müraciət edəcək:

“Fazil Mustafa da daxil olmaqla, bir neçə deputatla da danışmışam. Müraciətimə onlar da qoşulacaq. Rzanın vəkilinin apelyasiya şikayəti verib-vermədiyini dəqiq bilmirəm. Mən öz müraciətimlə məşğulam”.

Millət vəkili onu da əlavə edib ki, Rza Rzayevlə sabah görüşə gedəcək.

Rza Rzayevin vəkili Səlahəddin Cəfərov isə bildirib ki, qərar saytda vaxtında yerləşdirilmədiyi üçün apelyasiya şikayəti də gecikib:

“Artıq Ali Məhkəməyə şikayəti hazırlayırıq”.

Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər