Sizin Reklam Burada

Daşkəsəndə uşaqlar üçün növbəti “Kitab sovqatı” aksiyası keçirilib

Daşkəsəndə uşaqlar üçün  növbəti “Kitab sovqatı” aksiyası keçirilib“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Daşkəsən rayonunda növbəti “Kitab sovqatı” aksiyası keçirilib.

Uşaqlarda erkən yaşlardan mütaliə mədəniyyətinin formalaşdırılması və inkişaf etdirilməsi məqsədilə icra olunan layihə çərçivəsində “Çovdar” qızıl mədəni ətrafında yerləşən Çovdar, Quşçu, Bayan kəndləri və Şadax yaşayış məntəqəsinin azyaşlı sakinlərinə 3 yaş qrupu üzrə Azərbaycan dilində, nəfis tərtibatda çap edilmiş illüstrasiyalı kitablar hədiyyə edilib.

Belə ki, 3-5 yaş qrupu üzrə nəzərdə tutulan “Mənim bir günüm” adlı kitab uşaqlara gündəlik həyatlarını daha səmərəli təşkil etmələrini təlqin edir. 6-8 yaş qrupu üzrə uşaqlar üçün tərtib olunan “Yerdən yurda” adlı kitabda coğrafi biliklər aşılanır, həm dünya, həm də ölkəmiz, o cümlədən qədim tarixə, füsunkar təbiətə və zəngin faydalı qazıntı yataqlarına malik Daşkəsən rayonu barədə məlumatlar təqdim edilir. 9-11 yaş qrupu üzrə uşaqlar üçün nəzərdə tutulan “Qızıl axtarışında” adlı kitabda isə uşaqlara nağıl dili ilə əlvan və qara metallar, mədənlərdəki iş prosesi və əsas mədənçilik peşələrindən bəhs edilir.

Qeyd edək ki, azyaşlılar tərəfindən böyük maraqla qarşılanan “Kitab sovqatı” aksiyası “AzerGold” QSC tərəfindən ilk dəfə 2020-ci ildə təşkil edilmişdi. Builki aksiya çərçivəsində xüsusi olaraq Daşkəsənin azyaşlı sakinləri üçün çap edilmiş müəllif kitabları rayon ərazisində fəaliyyət göstərən bir neçə baxça və ümumtəhsil müəssisəsinə də təqdim edilib.

Xatırladaq ki, dağ-mədən sahəsində ixtisaslaşmış dövlət şirkəti olan “AzerGold” QSC ölkəmizin iqtisadi inkişafına töhfə verməklə yanaşı, məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlayır. Səhmdar Cəmiyyətin korporativ sosial məsuliyyət siyasətinə uyğun olaraq müəyyənləşdirdiyi prioritet istiqamətlərdən biri də təhsilin inkişafı ilə bağlıdır. QSC bu sahədə dövlət tərəfindən həyata keçirilən siyasətə əlavə töhfələr vermək məqsədilə mütəmadi sosial layihələr icra edir. Bu sırada Heydər Əliyev Fondu ilə əməkdaşlıq şəraitində Səlmixan İsgəndərov adına Quşçu qəsəbə tam orta məktəbinin yeni modul tipli binasının inşası, ucqar kənd məktəblərinin şagirdlərin zəruri dərs ləvazimatları, İT avadanlıqları, internet şəbəkəsi ilə təminatı və digər layihələri qeyd etmək olar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər