"Zəfərimizin qəhrəmanları" adlı onlayn tədbir keçirilib
ADPU-nun Filologiya fakültəsinin əməkdaşı b/m Sevda Ağayeva və AGKA-nın rəhbəri Sövdüm Cahangirzadənin birgə təşkilatçılığı ilə Mayın 29-da Zoom mobil tətbiqində "Zəfərimizin qəhrəmanları" (“Heroes of our Victory") adlı onlayn tədbir keçirildi.
Tədbirdə ADPU-nun Xarici Dillər Mərkəzinin baş müəllimi Sevda Ağayeva və bir qrup tələbələri (Aynur Rzayeva, Ayna Ağazadə, Nərgiz Taciyeva, Naila Qasımzadə, Səbinə Nağyeva, Aysel Azər, Səbuhə Hacıyeva,Təhminə Qasımova, Günel Mahmudzadə, Əsmər Qənbərli, Fidan Xudiyeva, Ləman Tağıyeva, Əminə Paşayeva, Gulnarə Məmmədova, Ulduz Qocayeva, Banu Məmmədova, Pərvin Süleymanova, Rəşidə Mehdiyeva), Suraxanı rayonu Şəhid Etibar Cəfərov adına 118 saylı tam orta məktəbin 2 Ə sinif şagirdləri iştirak etdi.
Tədbir ADPU-nun 15 Şəhid-məzununa həsr edilmişdi: (şəhid Firdovsi Balaxan oğlu Tahirov, şəhid Mirdavud Asəm oğlu Tahirov, şəhid Arəstə Kərim qizi Baxışoova, şəhid Ağaqardaş İlham oğlu Abbasov, şəhid Elgün Elman oğlu Əzizov, şəhid Qoşqar Səxavət oğlu Ömərov, şəhid Ceyhun Aqil oğlu Nüsrətli, şəhid Orxan Rza oğlu Nəbiyev, şəhid İlkin Saməddin oğlu Ağaquliyev, şəhid Rəvan Ömur oğlu Lətifov, şəhid Cilingir Azad oğlu Nəbiyev, şəhid Elvin Ağasəlim oğlu Zakirov, şəhid Etiram Həsən oğlu Hüseynli, şəhid Namiq Ağaməmməd oğlu Məmmədli, şəhid Əli Aydin oğlu Ələsov).
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi, tarixi ədaləti bərpa etdi. Vətən müharibəsi günlərində bütün Azərbaycan xalqı sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızı şanlı Ordumuz cəmi 44 günə azad etdi. Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zəkasının ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. 44 gün Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.
Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölüm deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Tədbirdə torpaqlarımızın azad olunmasında canlarından keçərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan mərd, vətənsevər oğulları yad olundu, onların həyatlarından, keçdikləri qəhrəmanlıq yolundan tələbələr hüzn və qürurla danışdılar. Xarici Dillər Mərkəzinin müdiri dosent Ülviyyə Hacıyeva, eləcə də müəllimləri dosent Svetlana Məmmədova, dosent Sevda Xəlilova, b/m Fatma Əliyeva, b/m Nazlı Həsənova, m Arzu Hüseynli tədbirdə iştirak edirdi. Tədbirin ən maraqlı, kövrəldici hissəsi qəhrəman Şəhidlərimizin ailələrinin onların igidliyindən, Vətənə sevgilərindən danışması oldu. Vüsalə Ananın oğlu Mirdavud haqqında dedikləri hamını kövrəltdi.
Tələbələrin şeirləri tədbirə xüsusi rəng verdi. Tədbirdə Şəhid Etibar Cəfərov adına 118 saylı tam orta məktəbin 2 Ə sinfinin müəllimi Şəlalə Novruzovanın şagirdləri (Abbaslı Mələk, Babayeva Fidan, Əliyeva Nərmin, Əliyeva Xədicə, Heydərli Talha, Mehdili Əlimehdi, Nağıbəyli Zeynəb, İsrailli Mərziyyə, Məmmədova Dəniz, Əlizadə Ismayıl) şeirlər söylədilər. Kiçikyaşlı məktəblilərin mükəmməl çıxışı tədbirə xüsusi rəng qatdı.
Şəhidlərimizin həyatlarına aid, keçdikləri qəhrəmanlıq yolundan bəhs edən maraqlı videoçarxlar nümayiş olundu. İştirak edən müəllimlər, tələbələr, məktəblilər, digər qonaqlar tədbir haqqında xoş sözlər söylədilər, bu cür Vətənpərvər tədbirlərin tez-tez keçirilməsini təklif etdilər və təşkilatçılara (Sevda m və Sövdüm bəy, eləcə də tələbə, kiçik məktəblilər) belə maarifləndirici, maraqlı tədbir üçün təşəkkür etdilər. Sonda tədbirin təşkilatçısı baş müəllim Sevda Ağayeva tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirdi.