Sizin Reklam Burada

Jurnalın redaksiyasında tanınmış alimlə görüş keçirilib

Jurnalın redaksiyasında tanınmış alimlə görüş keçirilibBildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin İrəvən Müəllimlər Seminariyasının 140 illik yubileyinin qeyd olunması ilə əlaqədar 29 dekabr, 2021-ci il tarixində imzaladığı Sərəncama əsasən ölkənin elmi müəssisələrində bu istiqamətdə bir sıra tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin orqanı olan “Məktəbəqədər və ibtidai təhsil” jurnalının redaksiyası da sərəncamdan irəli gələrək görülən işlərə öz tohfəsini verdi. Belə ki, jurnalın 2022-ci ilin 2-ci nömrəsinin xüsusi buraxılışı İrəvan Müəllimlər Seminariyasının 140 illk yubileyinə həsr edildi.

Xüsusi buraxılışda Nazim Mustafa, Fərrux Rüstəmov, Firdovsiyyə Əhmədova, Misir Mərdanov, Qasım Hacıyev, Cəlal Allahverdiyev, İntiqam Cəbrayılov, Cəbi Bəhramov və başqa tədqiqatçı alimlərin bu mövzuda elmi-tədqiqat işləri yer aldı. Dərc olunan məqalələr elmi ictimaiyyət tərəfindən maraqla qarşılandı. Xüsusi buraxılışda “İrəvan Müəllimlər Seminariyasının xələfi İrəvan Türk Pedaqoji Texnikumu” adlı tədqiqat işi ilə çıxış edən, filologiya üzrə fəlsəfə doktoru, UNEC-in dosenti, İrəvan ədəbi-bədii və maarifçilik mühitinin tədqiqatçısı Cəlal Allahverdiyevlə jurnalın redaksiyasında görüş keçirildi. Tədbirdə redaksiyanın əməkdaşları ilə yanaşı, qonaq qismində “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının baş redaktoru Seyran Səfərov da istirak edirdi.

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktor əvəzi Böyükağa Mikayıllı öncə qonaq haqqında iştirakçılara məlumat verdi. O, qeyd etdi ki, Cəlal Allahverdiyev İrəvanda Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi mühiti ilə baglı dəyərli araşdırmaların, “İrəvan ədəbi mühiti”, “İrəvan pedaqoji məktəbi”, “Təhsil tariximizdən: İrəvan pedaqoji məktəbi”, ”İrəvanda milli maarifçilik mühiti”, “İrəvanda ictimai-siyasi və mədəni mühit”, ”İrəvan ensiklopedik foto toplu”, ”Ömrün illəri”, ”İrəvan müəllimlər seminariyası” kitablarının müəllifidir. Cəlal Allahverdiyev İrəvan mühitini xarakterizə edən çoxsaylı elmi, publisistik məqalələri ilə oxucuların görüşünə gəlib. Bütün bunlarla yanaşı, o, geniş ictimai iş aparır, azərbaycanlıların əzəli yurd yeri olan İrəvan torpaqlarına qayıdış missiyasını hədəfləyən İrəvan icmasının işində fəal iştirak edir.

Tədbirdə Cəlal Allahverdiyev İrəvan Türk Pedaqoji Texnikumunun yaradılması tarixindən, texnikumun fəaliyyət göstərdiyi dövrlərdə qarşılaşdığı maneələrdən, bu elm ocağında ilk əmək fəaliyytinə başlamış dünya şöhrətli alim Yusif Məmmədəliyev, müxtəlif dövrlərdə texnikuma rəhbərlik etmiş Mehdi Kazımov, Bəhlul Yusifov, Mustafa Mustafayev, Həbib Məmmədzadə və Əsgər Cəfərov kimi görkəmli şəxsiyyətlərin elmimizə və təhslilimizə verdiyi töhfələrdən söhbət açdı. Bildirdi ki, 1924-cü ildən başlayaraq cəmi 24 il müddətində fəaliyyət göstərən bu elm ocağı ədəbiyyatımızın, mədəniyyətimizin, incəsənətimizin inkişafında və qorunmasında mühüm rol oynamış, Azərbaycan elminə görkəmli maarif xadimləri bəxş etmişdir. O, eyni zamanda, bu elm və təhsil ocağının azərbaycanlı müəllim kadrların hazırlanmasındakı xidmətlərindən bəhs etdi,

Azərbaycanın tarixi torpaqlarındakı bir çox mədəniyyət və maarif ocaqlarının erməni millətçiləri tərəfindən darmadağın edilməsindən, onların minlərlə ziyalılarımızı qətlə yetirərək Azərbaycan elminə vurduğu zərbələrdən, zaman-zaman azərbaycanlı əhaliyə qarşı törətdikləri saysız-hesabsız cinayətlərdən də söhbət açdı.

Cəlal Allahverdiyev həmçinin İrəvan maarifçilik mühitinin tədqiq olunması sahəsində aparılan işlərdən, tarixi torpaqlarımıza qayıdış konsepsiyasından, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının fəaliyyətinə verdiyi mənəvi dəstəkdən ətraflı danışdı. Cəlal Allahverdiyev redaksiya əməkdaşlarının suallarını cavablandırdı, eyni zamanda “Məktəbəqədər və ibtidai təhsil” jurnalının fəaliyyətindəki yenilikləri təqdir edərək, redaksiya ilə əməkdaşlığından məmnunluğunu ifadə etdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər