Sizin Reklam Burada

Su ehtiyatlarında ciddi azalma müşahidə edilir

Su ehtiyatlarında ciddi azalma müşahidə edilir"Bütün dünyada olduğu kimi, Azərbaycanda da şirin su ehtiyatlarında ciddi azalma müşahidə olunur".

Avrasiya.net xəbər verir ki, bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, sudan səmərəli və qənaətlə istifadə edilməsi üçün bu ilin fevral ayından etibarən qənaət rejiminə keçilib:

"Ötən dövrdə sudan qanunsuz istifadə ilə bağlı bəzi neqativ hallara rast gəlinib. Məsələn, "Azərsu" abonenti olan bəzi şəxslər sayğacdankənar su xəttindən istifadə edirlər. Bəzi şəxslər isə qurumun abonenti deyil, heç bir sayğacı yoxdur, amma qanunsuz şəkildə su ehtiyatlarından istifadə edir. İcra hakimiyyətlərində bununla əlaqədar xüsusi komissiyalar yaradılıb. Abşeron rayonunda komissiyaların iştirakı ilə keçirilən görüş zamanı məlum olub ki, burada böyük həcmdə su istifadə edilib. Tərəfimizdən qanunsuz su xətti ləğv edilib. Amma səhəri gün aydın olub ki, su xətti yenidən çəkilib. Buna yol verən şəxs ərazidəki obyekt sahibləri olub. Onlar parkların və digər ərazilərin suvarılması üçün ayrılan sudan qanunsuz istifadə edir, bunun müqabilində isə heç bir ödəniş etmirlər. Onlar özlərinə məxsus xüsusi çənləri belə doldurublar. 2020-ci ildən bəri görülən tədbirlərə baxmayaraq, təəssüflər olsun ki, sudan qanunsuz istifadə halları hələ də mövcuddur".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər