Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün səfər təşkil olundu - FOTOLAR

Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün səfər təşkil olundu - FOTOLAR24 may 2023-cü il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “MOBILAZE 2” layihəsi nəzdində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) və Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşlığı ilə həyata keçirilən “Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün inteqrasiya” Proqramı çərçivəsində növbəti tədbir “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında Odlar Yurdu Universitetinin əcnəbi tələbələri və Azərbaycan Uşaqları İctimai Birliyinin könüllü tələbələrinin iştirakı ilə baş tutmuşdur. Tədbir miqrantların və qaçqınların cəmiyyətə uğurlu inteqrasiyası məqsədilə bir araya gətirilərək, yerli əhali qrupları ilə mədəniyyət, tarix və ənənələrin mübadiləsi məqsədi ilə təşkil olunmuşdur.

Görüş zamanı təşkilatın əməkdaşları və təşkilatın nəzdində fəaliyyət göstərən Reabilitasiya və Reinteqrasiya mərkəzinin sakinləri ilə tanışlıq mərasimi keçirildi. Daha sonra mərkəzin fəaliyyəti haqqında məlumat verildi, mərkəzin sakinləri öz əl işlərini qonaqlara nümayiş etdirdilər.

Günün sonunda tələbələrin hazırladıqları kiçik qruplarda mərkəzin sakinləri ilə əyləncəli buzqıran oyunları və topla müxtəlif yarışların keçirilməsi ilə görüş yekunlaşdırıldı.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər