Sizin Reklam Burada

"Obalıya terrorun əsas məqsədi Azərbaycan milli fəallarını qorxutmaq, susdurmaqdır"

"Obalıya terrorun əsas məqsədi Azərbaycan milli fəallarını qorxutmaq, susdurmaqdır"Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı və oğlu Dəniz may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.
Hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən 1 gün sonra baş verib. Hadisənin təfsilatı ilə bağlı dəqiq məlumat yoxdur. Lakin ilkin versiyaya görə, bu, İran kəşfiyyatının əməlidir.

Siyasi şərhçi Məhəmməd Rəhmanifər
Avrasiya.net-ə bildirib: "ABŞ polisi elan edib ki, bu hadisə ilə bağlı bir neçə şəxs həbs edilib, amma neçə nəfərin və kimlərin tutuqlandığı da dəqiq deyil: "Amma hər halda həbs edilən var. Təbii ki, bu hadisə ilə bağlı məhkəmə olmalıdır və həbs edilənlərin kimlər olduğu bilinməlidir. Ondan sonra bəlli ola bilər ki, bu hadisə nə üstə törədiliub və tutulanlar hansı qüvvələrin üzvüdürlər. İndi bizim bu hadisə ilə bağlı söylədiyimiz fikirlər sadəcə ehtimal, şübhə ola bilər. Ehtimallar arasında bu hadisənin iştirakçılarından biri İran rejiminin kuklaları ola bilər. Xaricdə, xüsusilə ABŞ-da, Kalforniyada İran rejimi ilə mübarizə aparan qüvvələrin içində olan şahçılar, hansılar ki Pəhləvini yenidən hakimiyyətə qaytarmaq istəyirlər, onlar ola bilər. Bunlar öncələrdə də bir sıra müxaliflərinə qarşı bu hadisələr törətmişlər. Bu onlara yaraşan bir işdir, ona görə onlar bu işi görə bilərlər. Güney Azərbaycan Milli Hərəkatı olduğu bir yerdə bunlar Güney Azərbaycanı öz tərəflərinə çəkə bilmədilər. Üçüncü ehtimal onu deyə bilərəm ki, hadisənin törədilməsi Kaliforniyada erməni diasporasının da işi ola bilər. Mənə qalsa, düşünürəm ki, hadisənin iştirakçısı Pəhləvinin tərəfdarları ola bilər. Əsas məqsəd sadəcə burada Əhməd Obalı deyil, məqsəd Güney Azərbaycan milli fəallarını qorxutmaq, həmin hərəkatın fəallarını susdurmaqdır. Çünki onlar Güney Milli Hərəkatından çox ağır zərbələr alırlıar. Ancaq məqsədlərinə çatmayacaqlar. Belə hərəkətlərdən qorxsaydılar, millətçi olmazdılar".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər