Sizin Reklam Burada

İntihara cəhd edən qadının övladı atasına verildi

İntihara cəhd edən qadının övladı atasına verildiAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadının ailəsində olub.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, bulvarda azyaşlı uşağı ilə birgə özünü dənizə ataraq intihara cəhd edən qadın barədə yayılan məlumatların araşdırılması məqsədilə Dövlət Komitəsinin Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri birgə Salyan rayonunda yaşayan ailəyə səfər edilib.

Dövlət Komitəsinin rəsmisi bildirib ki, səfər zamanı ailənin vəziyyəti qiymətləndirilib və qadının üç uşağı olduğu müəyyən edilib.

T.Mərdanoğlu vurğulayıb ki, hazırda qadın aidiyyəti tibb müəssisəsində müalicəsini davam etdirir:

"Azyaşlı uşaq atasının himayəsinə verilib. Ailə Dövlət Komitəsi və Salyan Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər