Sizin Reklam Burada

Yeniyetmə cüdoçunu öldürən şəxsə 20 il cəza istənildi

Yeniyetmə cüdoçunu öldürən şəxsəŞağan olimpiya idman kompleksində yeniyetmə cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə ittiham olunan Ruslan Səfixanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda prokuror çıxış edib.

Dövlət ittihamçısı Ruslan Səfixanovun xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilinərək 20 il azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 5-nə kimi vaxt verilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində yerləşən idman arenasında baş verib.

İdman arenasında Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı T. Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ruslan Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Ruslan Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər